Zimbabvenin hakim partiyasının liderləri prezident Robert Muqabenin ikinci tur prezident seçkilərində müxalifət lideri Morqan Tsvingirayla rəqabət aparacağını müəyyən etmək üçün iclas keçirirlər. Hakim ZANU-PF partiyası seçkilərin ikinci turuna hazır olduğunu bildirib. Lakin 84 yaşlı Muqabe bu haqda heç nə deməyib. ZANU-PF Politbürosunun bu günkü iclasına prezident Muqabe rəhbərlik edir. Zimbabvenin seçki komissiyası bir həftə bundan öncə keçirilən seçkilərin nəticələrini hələ də elan etməyib.
Müxalif Demokrt Dəyişiklik Uğrunda Hərəkat Zimbabvenin Ali Məhkəməsinə rəsmi nəticələrin açıqlanmasını əmr etmək üçün müraciət edib. Müxalifət qüvvələri cənab Tsvingirayın Robert Muqabeni məğlub etdiyini bildirirlər.