Accessibility links

Türkmənistan prezidenti Corc Buşla danışıqlar aparıb


Türkmənistan prezidenti Qurbanqulu Berdimuxamedov ABŞ prezidenti Corc Buşla NATO-nun sammaiti keçirilən Buxarestdə danışıqlar aparıb. Türkmənistan mətbuatının bildirdiyinə görə, liderlərin dünənki görüşü zamanı münasibətlərin yaxşılaşdırılması və xüsusilə enerji sahəsi olmaqla, partnyorluq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Türkmənistan prezidentinə istinadən bildirirlir ki, zəngin enerji resurslarına malik olan Türkmənistan öz ixrac marşrutlarını şaxələndirməyi planlaşdırır. Saparmurat Niyazovun hakimiyyəti dövründə təcrid edilən Türkmənistanın hazırkı prezidentinin NATO sammaitində iştirakı bu ölkə üçün ilk təcrübədir.

XS
SM
MD
LG