Accessibility links

ABŞ və Rusiya prezidentləri arasında zirvə görüşü başa çatıb



ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Vladimir Putin arasında prezidentlər səviyyəsində zirvə görüşü Birləşmiş Ştatların raketlərdən müdafiə planları haqda razılıq deyil, çərçivə layihəsinin imzalanması ilə başa çatıb. Soçidə keçirilən görüşdən sonra danışan dövlət başçıları deyiblər ki, onların imzaladığı sənəd əldə olunmuş əvvəlki naliyyətləri əhatə edir və gələcək istiqamətləri göstərir. Cənab Putin deyib ki, Birləşmiş Ştatlar Rusiyanın raketlərdən müdafiə sistemi, tərksilah haqda müqavilələr və NATO-nun genişlənməsilə bağlı narahatlıqlarını eşidib. Cənab Buş deyib ki, tərəflər həll yolunun tapılmasına söz veriblər və bildirib ki, çərçivə layihəsi raketlərdən müdafiə sistemi sahəsində əməkdaşlığı dəstəkləyir.

Moskva ABŞ-ın Polşa və Çex Respublikasında raketlərdən müdafiə sistemi yerləşdirməsinə Rusiya üçün təhlükə kimi baxır.

XS
SM
MD
LG