Accessibility links

Bağdadda ABŞ hərbi qüvvələri və silahlı şəxslər arasında toqquşma zamanı 22 adam ölüb


İraq rəsmiləri bildirir ki, Bağdadın Sədr məhəlləsində ABŞ hərbi qüvvələri və silahlı şəxslər arasında toqquşmalar zamanı 22 adam ölüb, 78 adam yaralanıb. Polisin verdiyi məlumata görə, silahlı toqquşma ekstremist şiə ruhani Müqtəda əl-Sədr tərəfdarlarının böyük bir hissəsinin cəmləşdiyi məhəllədə bu gün səhər baş verib. Rəsmilər ölənlərin kimliyi haqda məlumat verməsələr də, xəsarət alanlar arasında qadınlar və uşaqların olduğu bildirilir. ABŞ hərbi qüvvləri döyüşlə bağlı şərh verməyib. Bundan öncə, hərbi qüvvələr Sədr məhəlləsində vertolyotun havadan hücumu nəticəsində doqquz cinayətkarın öldüyünü bildirmişdi.
XS
SM
MD
LG