Accessibility links

Əfsanəvi aktyor Heston dünyasını dəyişib


Əfsanəvi Amerika aktyoru Çarlton Heston 84 yaşında dünyasını dəyişib. Oskar mükafatı almış dünya şöhrətli aktyor kino-ekranlarında Musa peygəmbər, Mikelandcelo, El Sid və digər tarixi şəxsiyyətlərin obrazını yaratmaqla tanınmışdı. Hestonun ailəsinin verdiyi məlumatda onun Los Ancelesdəki evində vəfat etdiyi bildirilir. 2002-ci ildə aktyor Alzhaymers xəstəliyinin simptomlarından əziyyət çəkdiyini demişdi. Aktyorun Holivudda ilk böyük rolu 1959-cu ildə çəkilmiş “Ben Hur” filmində olub.
XS
SM
MD
LG