Accessibility links

Vaşinqtonda vəzifələrini yerinə yetirərkən həlak olan və ya qətlə yetirilən jurnalistlərin anım mərasimi keçirilib


Vaşinqtonda vəzifələrini yerinə yetirərkən həlak olan və ya qətlə yetirilən jurnalistlərin anım mərasimi keçirilib. Tədbir Newseum adlanan muzeyin yeni binasında təşkil edilib. Muzeydə 1837-ci ildən etibarən jurnalistik xidmətlərini yerinə yetirərkən həlak olan və ya öldrülən jurnalistlər, foto-müxbirlər, redaktorlar, aparıcılar və digər mətbuat işçilərinin şəkilləri yer alır.

1800-dən artıq jurnalistin adı hər il artmaqda olan şüşə panelllər altında nümayişə qoyulub. Newseum 2006 ildə dünya boyu vəzifəsini yerinə yetirərkən 66 jurnalistin həlak olduğunu bildirir. 2007-ci ildə bu göstərici 92-yə yüksəlmişdir. Hər il memoriala yeni adlar əlavə olunur. Muzey həyatlarını qurban verməklə, həqiqətləri yazanların daimi anım ocağıdır.

Siyahıda iki azərbaycanlı jurnalist-Salatın Əsgərova və Çinqiz Mustafayevin də adları var.

XS
SM
MD
LG