Accessibility links

Ali Məhkəmə Zimbabvedə seçkilərin nəticələri barədə sabah qərar verəcək


Vəkillərin dediyinə görə Zimbabvenin Ali Məhkəməsi prezident seçkilərinin nəticələrinin açıqlanması üçün qərar verməzdən öncə sabahadək gözləyəcək. Bu gün müxbirlərlə danışan müxalifət vəkili Alek Muçadehama deyir ki, məhkəmə qərar verməkdə səlahiyyətli olduğunu müəyyən etmiş, lakin hələlik gözləməyə üstünlük vermişdir.

Müxalif Demokratik Dəyişiklik Uğrunda Hərəkat Zimbabvenin seçki komissiyasından 9 gün qabaq keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlamasını tələb edir. Müxalifət deyir ki, onun namizədi Morqan Tsvangiray səsvermədə prezident Robert Muqabeni məğlub edib.

XS
SM
MD
LG