Accessibility links

İsrail və Fələstin liderləri yenidən görüşürlər


İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas fevralın 19-da İsrailin Qəzzaya hücumundan sonra ilk dəfə görüş keçirirlər. Görüş Olmertin Qüdsdəki iqamətgahında təşkil edilib. Tərəflər indi danışıqları müntəzəm məcraya gətirməyə çalışırlar.

Keçən ay 120-dən artıq fələstinlinin ölümünə səbəb olan Qəzza hücumlarından sonra prezident Abbas danışıqları dayandırmışdı. İsrail isə hücumların Həmasın sərhəd bölgələrdəki fəaliyyətlərinin dayandırılması məqsədi daşıdığını deyir. Qeyd edək ki, Olmert və Abbas cari ilin sonunadək sülh sazişi əldə etdilməsinə söz veriblər.

XS
SM
MD
LG