Accessibility links

Duma Vladimir Putinin baş nazir vəzifəsinə təsdiq ediləcəyini bildirib


Rusiya parlamentinin aşağı palatası - Dövlət Duması may ayının 8-də prezidentlik müddətini başa vuran Vladimir Putinin baş nazir vəzifəsinə təsdiq ediləcəyini bildirib. Dumanın spikeri Boris Qrızlov bu gün müxbirlərə bildirib ki, cənab Putinun baş nazir vəzifəzinə təsdiqi yeni seçilmiş prezident Dmitri Medvedevin andiçmə mərasimindən bir gün sonra olacaq. Parlamentdə əksəriyyət təşkil edən Vahid Rusiya Partiyasının sədri Qrızlov bildirib ki, partiyanın aprel ayının 14-də keçiriləcək sessiyasında Vladimir Putin partiyaya sədr təyin ediləcək.
XS
SM
MD
LG