Accessibility links

ABŞ rəsmiləri Konqresdə İraqla bağlı ifadə verirlər


ABŞ-ın iki yüksək səviyyəli rəsmisi Konqresdə İraqla bağlı keçirilən dinləmələrdə ifadə verirlər. İraqda vəziyyəti dəyərləndirəcək ABŞ hərbi qüvvələrinin İraqdakı komandiri general Deyvid Petreas və səfir Rayan Kroker Birləşmiş Ştatlar prezidentliyinə iki demokrat və bir respublikaçı namizədin suallarını cavablandıracaqlar.

Səfir Kroker və general Petreas ABŞ əsgərlərinin sayının artırılmasının xeyri olub-olmadığını və Birləşmiş Ştatların hərbi qüvvələrin bir hissəsini İraqdan çıxara bilib-bilməyəcəyi məsələlərini müzakirə edəcəklər. General Petreasın keçən il əlavə 30 000 əsgərin ölkədə yerləşdirilməsinin təriqət zəminində zorakılıqların azaldılmasına xidmət etdiyini deyəcəyi gözlənilir. ABŞ generalı həmçinin iyul ayına qədər hərbi qüvvələrin bir hissəsinin çıxarılmasına çağırıb, lakin bundan sonra ölkədən əsgərlərin çıxarılmasına dair xəbərdarlıq edib.

XS
SM
MD
LG