Accessibility links

Məcid Barquti fələstinlilərin sülhə hazır olduqlarını bildirib


Fələstinin həbsxanada olan lideri Məcid Barquti fələstinlilərin İsraillə sülhə hazır olduqlarını demiş və hər iki tərəfi tez bir zamanda atəşkəs barədə razılıq əldə etməyə çağırmışdır. Barqutinin hər iki tərəfi razlıq əldə edilməsinə çağıran məktubu bu gün İsrailin “Sülh İndi” hərəkatının 30 illik yubileyi zamanı nümayəndələrə oxunub. Qeyd edək ki, bu hərəkat İsraillə fələstinlilər arasında sülhün tərəfdarı və İsrailin Fələstin ərazilərinin zəbtinin əleyhinədir.

Xatırladaq ki, Barquti 2000-ci ildə israillilərə ölümcül hücumlarda günahkar bilinərək, beş dəfə həbsxana cəzasına məhkum edilib.

XS
SM
MD
LG