Accessibility links

İsrail ordusu ilə Fələstin yaraqlıları arasında qarşıdurma olub


İsrail ordusunun bildirdyinə görə, bu gün Fələstin yaraqlılarının Qəzza Zolağında İsrailin nəzarətindəki əraziyə hücumu nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. İsrail polisi hücum edənlərdən ikisinin öldürüldüyünü, qalanlarının isə Qəzzaya qayıtdığını bildirib. İsrail hərbi qüvvələrinin buna cavab olaraq Qəzzanı tanklardan atəşə tutması nəticəsində iki fələstinlinin öldüyü xəbər verilir.

Bu gün eləcə də Qəzzada keçirilən reyd zamanı bir İsrail əsgərinin və bir Həmas yaraqlısının öldürüldüyü bildirilir. İsrail hərbiçiləri atışma zamanı iki İsrail əsgərinin və bir fələstinlinin yaralandığını xəbər verir.

XS
SM
MD
LG