Accessibility links

Ermənistanın yeni prezidentinin inaqurasiya mərasimi keçirilib


Ermənistanın yeni prezidenti Serj Sarkisyan bu gün inaqurasiya mərasimi zamanı seçkiləri pozuntulara görə tənqid edən opponentləri ilə münasibətləri yaxşılaşdıracağına söz verib. Yerevan Opera binasında keçirilən sabiq baş nazirin inaqurasiya mərasimi dövlət telekanalı ilə canlı yayımlanıb. Cənab Sarkisyan Ermənistan Mərkəzi Bankının başçısı Tiqran Sarkisyanın baş nazir vəzifəsinə təyin edildiyini elan edib. Prezidentlə Tiqran Sarkisyanın qohum olmadığı deyilir.

Minlərlə müxalifət tərəfdarı isə 19 fevral seçkilərindən sonra təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma zamanı ölənlərin xatirəsini yad etmək üçün paytaxtın mərkəzinə toplaşıblar. Zorakılıqlar zamanı 8 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı.

XS
SM
MD
LG