Accessibility links

Avropa Birliyi Komissiyasının prezidenti rəsmi səfərlə Türkiyədədir


Avropa Birliyi Komissiyasının prezidenti Manuel Barosso bu gün Türkiyəyə gedib. Səfərin məqsədi bu ölkənin Avropa Birliyinə üzv olması üçün Ankaranın islahatları gücləndirməsi barədə danışıqlar aparmaqdır.

Xatırladaq ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü bağlı danışqılar 2005-ci ildə başlanıb, ancaq Kipr və digər mübahisəli məsələlərə görə həmin danışıqlarda tərəqqi əldə olunmayıb.

Cənab Barroso dünən Brüsseldə etdiyi çıxışı zamanı baş nazir Rəcəp Teyyip Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf partiyasının fəaliyyətinin qadağan edilməsi və baş nazirin Türkiyənin dünyəvi konstitutsiyasının prinsiplərinə zidd olduğu üçün siyasətdən uzaqlaşdırılması səylərinə görə narahatlığını bildirib. Avropa Komissiyasının rəhbəri deyib ki, Türkiyə xaqlının əksəriyyəti tərəfindən dəstək verilən bir partiyanın qadağan edilməsi normal deyil.

XS
SM
MD
LG