Accessibility links

Şiə yaraqlılarına qarşı hərbi əməliyyatlar davam edir


Iraq rəsmiləri Bağdadın Sədr məhəlləsində ABŞ hərbi təyyarələrinin hücumu nəticəsində 5 nəfərin öldüyünü, azı 6 nəfərin yaralandığını xəbər verirlər. Qeyd edək ki, ABŞ hərbi qüvvələri şiə yaraqlılarına qarşı əməliyyatları davam etdirirlər.

Digər bir xəbərdə isə deyilir ki, dünən gecə və bu gün ABŞ vertolyotları paytaxtda yerləşdirilmiş raket qurğularını hədəf almışlar. Dünən baş verən zorakılıqlar nəticəsində üç uşaq daxil edilməklə, 22 nəfər qətlə yetirilmişdir. Dünən eləcə də 6 ABŞ əsgərinin qətlə yetirildiyi, bununla da bazar günündən bəri ölən əsgərlərin sayının 17 nəfərə çatdığı xəbər verilir.

XS
SM
MD
LG