Accessibility links

İranın daxili və iqtisadi məsələlər üzrə nazirləri istefaya göndəriləcək


İran hökumət sözçüsünün bildirdiyinə görə, prezident Mahmud Əhmədinejad daxili və iqtisadi məsələlər üzrə nazirləri istefaya göndərəcək. Qulam Hüseyn Elhama istinad edən İran mətbuatı cənab Əhmədinejadın Mustafa Pur Məhəmmədi və Davud Daneş Cəfəridən hökumətdə ayrı vəzifə tutmaqlarını xahiş etdiyini bildirib. Sözçü dəyişikliyin hansı səbəbdən edildiyi və nə vaxt baş verəcəyi barədə açıqlama verməyib. Keçən ildən bəri İran prezidenti mərkəzi bankın idarə heyətinin rəhbəri ilə yanaşı neft, sənayə və təhsil nazirlərini istefaya göndərib.
XS
SM
MD
LG