Accessibility links

İspaniyanın Baş naziri kabinetə yeni nazirlər təyin etdi


İspaniyanın yenidən seçilmiş baş naziri Xose Luis Rodriqez Zapatero yeni kabinetinin üzvlərinin adlarını açıqlayıb. Ölkənin tarixində ilk dəfə olaraq Nazirlər kabinetində qadınların sayı kişilərdən çoxdur. Başlıca vəzifələrdən hesab olunan müdafiə naziri postu da qadına həvalə olunub. Vəzifəsindən gedən Evlər naziri Karm Şakon İspaniyanın ilk qadın müdafiə naziri olub. Kabinetin tərkibi isə 9 qadın 8 kişi nazirdən ibarətdir. Cənab Zapatero yeni hökumətin açıqlanması ilə bağlı bəyanatı Zarazuel Sarayındakı ofisində işi başlayandan qısa bir müddət sonra verib.
XS
SM
MD
LG