Accessibility links

Əfqanıstanda 24 yaraqlı öldürülüb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, hökumət qoşunları və xarici qüvvələr ölkənin cənubunda əməliyyatlar zamanı 24 yaraqlını öldürüb. Rəsmi nümayəndə Qulab Şah Əlixeyl deyir ki, Əfqanıstan qoşunları və xarici qırıcı təyyarələri Zabul vilayətində yaraqlılara hücum edib. O, 8 nəfərin yaralandığını bəyan edib. Bununla yanaşı, intiharçı Nimroz vilayətində içərisində əfqan və hindistanlı yol işçiləri olan yük maşınına hücum edib. Rəsmilərin sözlərinə görə, hücum zamanı hindistanlı 2 mühəndis və bir əfqan sürücü həlak olub, bir neçə nəfər yaralanıb. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Bu arada, NATO üzvləri Fransa və Kanadanın xarici işlər nazirləri Əfqanıstan prezidenti Hamid Kərzai ilə danışıqlar aparmaq üçün bu ölkəyə gediblər.
XS
SM
MD
LG