Accessibility links

Keniyada yeni koalisiya hökuməti elan edilib


Bu gün Keniya prezidenti Mvai Kibaki yeni koalisiya hökumətini elan edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Kibaki və müxalifət lideri Odinga dünən bütün gün ərzində keçirdikləri müzakirələrin nəticəsi olaraq koalisiya hökumətinin təşkili barədə razılıq əldə edib. Bu gün liderlərin təşkil etdikləri birgə mətbuat konfransında gözlənildiyi kimi Prezident Kibaki Raila Odinqanı baş nazir təyin edib. Liderlər hələ fevral ayında koalisiya hökumətinin təşkili barədə razılığa gəlmiş, lakin 40 yerli kabinet üzvləri və aparıcı vəzifələrin bölüşdürülməsi ilə bağlı razılıq əldə edə bilmirdilər.

XS
SM
MD
LG