Accessibility links

Ali Məhkəmə Zimbabve müxalifətinin iddiasını rədd edib


Zimbabve Ali Məhkəməsi müxalifətin keçən aykı prezident seçkilərinin nəticələrinin açıqlanması barədə müraciətini rədd edib. Müxalif Demokratik Dəyişiklik Hərəkatı Seçki Komissiyasının 16 gün əvvəl keçirilmiş seçkilərin nəticələrini açıqlamasını tələb edir. Ancaq hakim Tendai Uçena partiyanın tələbini rədd edib. Demokratik Dəyişiklik Hərəkatından bildiriblər ki, onların liderləri və namizəd Morqan Tsvanqiray prezident Robert Muqabeyə qalib gəlib. Partiya nəticələr açıqlanmayacağı təqdirdə tərəfdarlarını sabahdan ümummilli tətilə başlamağa çağırıb.
XS
SM
MD
LG