Accessibility links

İtaliyada "exit-poll" Silvia Berluskoninin cüzi fərqlə öndə olduğunu göstərir


İtaliya parlament seçkilərini izləyən “exit poll”lar göstərir ki, sabiq baş nazir Silvio Berluskoninin tərəfdarları az fərqlə öndədir. Göstəricilərə əsasən konservativ lider Demokratik partiya sədri və sabiq Roma meri Volter Veltroni üzərində aşağı palatada 2 faiz səslə, Senatda isə böyük üstünlüklə irəli keçib. Ancaq Senat yerlərinin regional əsaslı olmasına görə qüvvələr balansı qeyri müəyyən olaraq qalır. Qalib İkinci Dünya Müharibəsindən sonra İtaliyanın 62-cı hökumətini formalaşdıracaq. Bu ilin yanvarında sabiq baş nazir Romano Prodinin mərkəz-solçu hökuməti iflasa uğrayandan sonra seçkilərin planlaşdırıldığından 3 il əvvəl keçirilməsinə çağırılmışdı.
XS
SM
MD
LG