Accessibility links

Prezident Buş Roma Papasını Ağ Evdə salamlayıb


Prezident Buş Roma Papası XVI Benedikti Ağ Evdə salamlayıb. Roma Papasının 81 yaşının tamam olması münasibətilə Ağ Evdə onu alqışlamaq üçün 9 000 adam dəvət olunub. Bu, Ağ Evdə Ropa Papasının şərəfinə yüksək qonaqlar üçün nadir halda keçirilən ikinci belə mərasimdir.

Təntənəli mərasimdən sonra prezident Buş və XVI Benedikt Ağ Evin dairəvi otağında rəsmi danışıqlar aparıblar. Roma Papası ABŞ prezidenti ilə mühacirət məsələlərini müzakirə etməyi planlaşdırdığnı deyib. Bu gün bir qədər sonra Roma Papası Vaşinqtonda katolik kilsəsində 300 rahib qarşısında çıxış edəcək.

XS
SM
MD
LG