Accessibility links

İranla nüvə proqramlarını dayandırması barədə razılıq əldə edilməyib


Çin rəsmilərinin bildirdiyinə görə, dünyanın qüdrətli dövlətləri İranın mübahisəli nüvə və uran zənginləşdirilməsi proqramlarını dayandırması üçün iqtisadi və diplomatik güzəştlərin artırılıb-artırılmamasına dair danışıqlarda razılıq əldə edə bilməyiblər.

Bu gün Şanxayda keçirilən görüşdən sonra Çinin xarici işlər nazirinin yardımçısı He Yafei deyib ki, nümayəndələr Tehranı danışıqlara qaytarmaq istiqamətində işi davam etdirmək haqda razılığa gəliblər. Görüşdə BMT-nin Təhlükəsizlik Şurasına beş daimi üzv ölkə, habelə Almaniya və Avropa, eləcə də Birliyinin nazir müavinləri iştirak ediblər.

Birləşmiş Ştatlar, Fransa, Britaniya, Almaniya və Avropa Birliyi İranın nüvə silahı istehsal etməyə çalışmasından narahatlıqlarını bildirirlər və ona qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinə səy göstərirlər.

XS
SM
MD
LG