Accessibility links

Kondoliza Rays: ABŞ və Türkiyə azadlıqlar, demokratiya və tərəqqini müdafiə etməyə davam edəcək


Vaşinqtonda Türkiyə-Amerika şurasının illik konfransında çıxış edən ABŞ Dövlət katibi Kondoliza Rays ikitərəfli münasibətlərin əhəmiyyətindən danışdı. Kondoliza Rays Türkiyənin strateji əhəmiyyətini vurgulayaraq, regional enerji layihələri, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşməsində rolunu qeyd etdi. “ABŞ və Türkiyə arasında vaxtaşırı fikir ayrılıqları olur. Bu, dostlar arasında baş verə bilər”-deyə o bildirdi. “ABŞ böyük prinsiplər əsasında yaranmışdır. Demokratiya yolunda getmək asan olmur. Türkiyənin əsası Atatürk tərəfindən qoyulduqdan bəri türk xalqı ölkənin demokratiya və dünyəvi inkişaf yolu ilə gedir.“

Kondoliza Rays dedi ki, ABŞ və Türkiyə azadlıqlar, demokratiya, tərəqqini müdafiə etməyə davam edəcək. O xüsusi qeyd etdi ki, Birləşmiş Ştatlar müttəfiqi olan bir ölkədir. “Türkiyə bizim müttəfiqimiz və dostumuzdur”-deyə xanım Rays fikrini tamamladı.

Kondoliza Raysa “Sovet İttifaqı dağıldıqda o zaman Dövlət katibi Beyker NDB dövlətlərinə məktubunda diplomatik münasibətlərin müqəddəm şərtlərini göstərmişdi. Bu da, sərhədlərin silah işlətməklə dəyişdirilməməsindən ibarət idi. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur və Birləşmiş Ştatlar Azərbaycana qarşı sanksiya tətbiq etmişdir. Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altında qalmağa davam edir. Bu problemi ermənilər də daxil olmaqla, regionun bütün xalqlarının maraqları nəzərə alınaraq necə həll edəcəyik.”-deyə sual verildi.

"Mənim fikrim budur ki, Dağlıq Qarabağ problemi həll ola bilən məsələdir və bir qədər iradə olsa, tez zamanda həll ola bilər. Burada bəzi çətin məqamlar olacaq. Biz Rusiya, Avropa Birliyi və Birləşmiş Ştatlar daxil olmaqla bir neçə ölkənin əməkdaşlıq etdiyi Minsk prosesi çərçivəsində buna bir neçə dəfə yaxın olmuşuq. Burada bir neçə mürəkkəb qərar verilməlidir və Dağlıq Qarabağ məsələsində Azərbaycan və Ermənistan arasında razılıq əldə olunmalıdır. Bunu etmək lazımdır. Mən həm Ermənistan hökuməti, həm də Azərbaycan hökumətinə çatdırmaşım ki, onlar münaqişəni həll etmədiklərinə görə geri qalırlar. Açığını deyim ki, hər iki tərəf belə deyək, məsuliyyət daşıyır. Bu məsələ siyasi iradə olsa, həllini tapa bilər.”-deyə Dövlət katibi Rays sözünü bitirdi.

XS
SM
MD
LG