Accessibility links

İraqda dəfn mərasimində 49 nəfər həlak olub


İraqın şimalında dəfn mərasimi zamanı intiharçı hücumu nəticəsində ən azı 49 nəfər həlak olub, 20 nəfərsə yaralanıb. Polisin bildirdiyinə görə, hücum bugün Kərkük şəhərində yerli qrupun 2 üzvünün dəfn mərasimində baş verib. Zorakılıq faktı bu həftə sünni ərəb ərazilərində intensiv bombardmanların ardınca həyata keçirilib. Çərşənbə axşamı Baquba və Ramadidə qeydə alınan hücumlar 50 nəfərin həyatına son qoymuş, 100-dən çoxunun isə yaralanması ilə nəticələnmişdi. ABŞ və İraq qüvvələri hücumlara görə Əl-Qaidəni ittiham edir. İraq baş naziri Nuri Əl-Malikinin sözlərinə görə, o, Əl-Qaidənin İraqda məğlub ediləcəyinə inanır.
XS
SM
MD
LG