Accessibility links

Vladimir Putin İtaliyaya rəsmi səfər edir


Rusiya prezidenti Vladimir Putin yenidən baş nazir seçilmiş Silvio Berluskoni ilə görüşmək üçün İtaliyanın Sardiniya adasındadır. Rusiya rəsmilərinin bildirdiyinə görə, tərəflər gələcək inkişaflarla bağlı Rusiya-İtaliya əməkdaşlığı məsələsini müzakirə edəcək.

Bu gün Rusiya prezidenti Vladimir Putin iki günlük Liviya səfərini başa vurub. Səfəri çəçivəsində Rusiya lideri Liviyanın 4.5 milyard dollarlıq Sovet dövrü borcunu bu Şimali Afrika ölkəsi ilə Rusiya şirkətləri arasında müqavilələr bağlanması müqabilində silib. Rusiyanın dövlət inhisarında olan Gazprom şirkəti Liviyanın neft istehsal edən şirkəti ilə razılıq əldə edib.

XS
SM
MD
LG