Türk qanunvericilər hökumətin söz azadlığına qoyulan məhdudiyyətlərin azaldılması haqda təklifini nəzərdən keçirirlər. Hökumətin qanuna təklif etdiyi dəyişikliklər sırasında Türklüyü təhqir etmək üstündə nəzərdə tutulan cinayət maddəsi var. Hökumətin təklifinə əsasən bunun əvəzində bütün Türk millətini təhqir etmək cinayət hesab olunacaq və cəza maksiumum 2 il həbs olacaq. Bu maddə üzrə cinayət işinin qaldırılması üçün prezidentin şəxsi icazəsi tələb olunacaq. Türkiyə artıq bir müddətdir ki, söz azadlığı mövzusunda Avropa Birliyi ilə danışıqlar aparır.