Əfqan rəsmilərin bildirdiyinə görə, ölkənin cənubunda yol kənarı bomba partlayışı nəticəsində 3 mülki vətəndaş həlak olub, bir nəfərsə yaralanıb. Mahal sədri Qayum xan deyir ki, Taliban militantlarının Zabul vilayətində bastırdığı bombanın üzərindən avtomobil keçib. Bu arada ərəb-dilli bir telekanalın yayımladığı videolentdə Pakistanın Əfqanıstandakı səfiri göstərilib. Bu videoyazıda səfir Taliban militantları tərəfindən oğurlandığını bildirib. Tariq Azizuddinin videosu bu gün Əl-Ərəbiyyə telekanalında yayımlanıb. Lentdə göstərilir ki, silahlı şəxslər tərəfindən əhatəyə alınan Azuziddin fevral ayında yoxa çıxandan bəri ilk dəfə ictimaiyyətə sözlərini çatdırır.