İsrail hərbi təyyarələrinin Qəzza zolağına hücumları nəticəsində 7 fələstinli yaraqlı öldürülüb. İsrailin hərbi təyyarələri Qəzza zolağına nəzarət edən Həmas yaraqlılarını hədəf alıblar. Bu reydlər Həmas yaraqlılarının dünən İsrailin Qəzza sərhəddini keçən yük karvanına hücum etməsindən sonra keçirilir. Həmas yaraqlıları sərhəddə iki maşın bombası qoymuş, lakin İsrail silahlı qüvvələri tərəfindən geriyə atılmışlar. Hadisə nəticəsində 4 fələstinli öldürülmüş, 13 İsrail əsgəri isə yaralanmışdır.
İsrail hökumətinin sözcüsü Mark Regev deyir ki, Həmas bunun nəticələrilə qarşılaşacaq.
Onun sözlərinə görə, Qəzzada terrorçu Həmas rejimi israilliləri öldürməyə davam edir. İsrailin hərbi qüvvələri isə xalqı müdafiə edir.
Həmasın sözçüsü Sami Əbu Zuhri bildirib ki, qrup İsrailin blokadasına son qoymaq üçün sərhəd keçid məntəqəsini hədəf almağa davam edəcək.
Əbu Zuhri şənbə həyata keçirilmiş hücum partlayışın başlanğıcı olduğunu deyib və ərəb və qərb dövlətlərini Qəzzanın blokadasına son qoymaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.
İsrail fələstin yaraqlılarının hər gün həyata keçirilən raket hücumlarına cavab olaraq, Qəzzaya ərzaq və yanacaq təchizatını azaldıb. İsrail rəsmiləri bildirirlər ki, Həmasın sərhəd məntəqələrinə hücumları İsrailin Qəzzaya bütün təchizatı dayandımağa məcbur etmək məqsədi daşıyır. Onların sözlərinə görə, Həmas Qəzzada humanitar böhran yaratmağa çalışaraq, beynəlxalq ictimiayyətin dəstəyini qazanmaq və yəhudi dövlətinin qınanmasına nail olmaq istəyir.