ABŞ-ın sabiq prezidenti Cimmi Karter Fələstin liderlərinin Həmasın İsraillə sülh razılığını qəbul edəcəyini dediklərini bildirib. Bunun Fələstin referendumunun təsdiq edildiyi təqdirdə baş tutacağı bildirilir.
Bu gün Qüdsdə danışan Cimmi Karter bildirib ki, Həmas Fələstin prezidenti Mahmud Abbasın İsraillə razılıq əldə edilməsi səylərinə mane olmamalıdır. ABŞ-ın sabiq prezidenti regiona səfəri çərçivəsində Misir və Suriyada da Həmas liderləri ilə görüşlər keçirib. Cimmi Karterin Həmasla müzakirələri İsrail və ABŞ tərəfindən kəskin tənqid edilir. Xatırladaq ki, Fələstin liderinin Fətah hərəkatına rəqib qrup olan Həmas hər iki ölkə tərəfindən terrorçu təşkilat hesab edilir.