Accessibility links

BMT-nin Nüvə Agentliyinin təhqiqatçısı  Olli Heynonen İranda səfərdədir


BMT-nin Nüvə Agentliyinin təhqiqatçısı Olli Heynonen iki günlük danışıqlar məqsədi ilə İrana səfər edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini İran rəsmiləri ilə İranın qərbin iddia etdiyi nüvə silahları proqramına dair müzakirələr aparır. Diplomatların dediyinə görə, Olli Heynonen fevral ayında Agentliyin bağlı qapılar arxasında keçirdiyi görüşün təfərrüatlarını İrana təqdim edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri İranın dinc mahiyyətli adlandırdığı nüvə fəaliyyətlərinə dair tam izahat verməsini istəyir.
XS
SM
MD
LG