Accessibility links

Olimpiya məşəlinin Asiya turu davam edir


Malayziya paytaxtı Kuala Lampurda Olimpiya məşəlinin dolanması mərasimi sona çatıb. Mümkün iğtişaşların qarşısını almaq üçün ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb. Mərasim zamanı ciddi etiraz aksiyaları qeydə alınmayıb. Malayziyanın müstəqillik meydanından başlayan 16 kilometr uzunluğunda səyahət alqışlarla və qırmızı Çin bayraqları ilə müşayiət olunub. Qərb yarımkürəsindən fərli olaraq, məşəl mərasiminin Asiya turu əsasən problemsiz keçib.
XS
SM
MD
LG