Accessibility links

Prezident Əliyev: Bakı 2020-ci il Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir


Cənab Əliyev 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələrinin maksimum dərəcədə başa çatdırılacağını bildirib.

Prezident İlham Əliyev martın 13-də Astara, Masallı və Salyan rayonlarında səfərdə olub.
Dövlət başçısı səfər zamanı Astara rayonunda Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun, rayon mərkəzi xəstəxanasının (əsaslı təmir və yenidənqurmadan sonra), Olimpiya İdman Kompleksinin, YAP rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
Prezident Əliyev Salyan rayonunda Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında , rayon icra hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi, “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
O Masallı rayonunda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin və Gənclər Mərkəzinin açılışında, mədəniyyət evində aparılan yenidənqurma işlərinə baxıb.
Dövlət başçısı Astarada deyib ki, Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi ilə bağlı müraciətinə baxılır. “Hesab edirəm ki, Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi var. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir. Ölkə vətəndaşlarının 95 faizi Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə öz dəstəyini verib”. Prezident həmçinin 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələrinin maksimum dərəcədə başa çatdırılacağını bildirib.
O su-kanalizasiya layihələrinin həyata keçirilməsinin də hər bir rayon, hər bir şəhər üçün çox aktual məsələ olduğunu diqqətə çatdırıb.

XS
SM
MD
LG