Accessibility links

Pensilvaniya seçiciləri bu gün praymeridə səs verirlər


ABŞ-ın şimal - şərqindəki Pensilvaniya ştatında seçicilər bu gün mühüm praymeridə səs verirlər. Ekspertlər senator Hillari Klintonun nümayəndələrlə zəngin olan praymeridə qalib gələcəyini güman edirlər. Lakin senator Barak Obamaya çatmaq üçün sabiq birinci xanıma böyük səs fərqilə qələbə lazımdır.

Hillari Klinton bir vaxtlar Pensilvaniya Demokratları arasında 20%-lə irəlidə gedirdi. Amma son həftələrdə Obamanın bu fərqi azaltdığına inanılır. Xanım Klintonun Kaliforniya və Nyu Yorkdakı qələblərindən sonra Pensilvaniyadakı qələbəsi sübut edəcək ki, Obama ümumi səsvermədə mühüm əhəmiyyət kəsb edən iri ştatlarda qalib gələ bilməz.

XS
SM
MD
LG