ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Pensilvaniya praymerisində qələbə əldə etməklə, Ağ Ev uğrunda kampaniyasını davam etdirir. Nyu York senatoru Hillari Klinton İllinoyz senatoru Barak Obamadan 10% artıq səs əldə etməklə önə çıxıb. Filadelfiyada tərəfdarları qarşısında etdiyi çıxışı zamanı sabiq birinci xanım onlara təşəkkürünü bildirib, kampaniyasını dayandırmaq çağırışlarına baxmayaraq, prezidentlik uğrunda mübarizəsini davam etdirəcəyini deyib.
İndiana ştatında danışan Barak Obama xanım Klintonu qələbəsi münasibəti ilə təbrik edib. Pensilvaniyada məğlubiyyətə uğramasına baxmayaraq, Barak Obama həm nümayəndə, həm də maddi vəziyyətinə görə Klintondan irəlidədidr.
Qeyd edək ki, Pensilvaniya ştatı 158 nümayəndəyə malikdir. İndi yarışlar İndiana və Şimali Karolina ştatlarına istiqamət alıb. May ayının 6-sı bu ştatlarda praymerislər keçiriləcək.