Accessibility links

ABŞ hərbi hava qüvvələri yaraqlılara qarşı hücumlar həyata keçirib


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdyinə görə, dünən Bağdadda hərbi hava qüvvələri tərəfindən 15 yaraqlı öldürülüb. Öldürülənlər arasında raket hücumları həyata keçirilən 6 yaraqlı da olub. Birləşmiş Ştatlar hərbçiləri Bağdadın Sədr məhəlləsində raket daşıyan maşının da hədəf alındığını bildirir. Lakin mülki vətəndaşlar arasında ölüm hadisəsi barədə məlumat verilməyib. Associated Press isə hücum zamanı azı 8 mülki vətəndaşın qətlə yetirildiyini bildirir.

Digər bir xəbərdə isə deyilir ki, İraqın Mosul şəhərində bomba hücumu bir əsgərin ölümü, dördünün yaralanmasına səbəb olub. Diyala vilayətində isə intiharçı qadının polis idarəsi yaxınlığında özünü partlatması nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

XS
SM
MD
LG