Accessibility links

İran nüvə silahına dair iddiaların yoxlanmasına icazə verib


BMT-nin nüvə agentliyinin bildirdiyinə görə, İran agentliyin Tehranın nüvə silahı istehsal etməyi öyrəndiyinə dair iddiaları yoxlamasına icazə verib. Bu gün bəyanatı açıqlayan Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyinin sözçüsü Melissa Fleminq bu haqda razılığın bu həftə Tehranda danışıqlar zamanı əldə edildiyini bildirib. Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyi nüvə silahına dair iddialarla bağlı may ayında açıqlamalar verəcək. Agentliyin sədr müavini Olli Heynonen bazar ertəsi günü İranın nüvə danışıqlarında nümayəndəsi Əli Əsgər Soltaniyə ilə görüşüb. İran rəsmiləri səfərin Tehranla agentlik arasında əməkdaşlıq səviyyəsini artırmaq məqsədi daşıdığını bildirirlər.
XS
SM
MD
LG