Accessibility links

Gürcüstanın xarici işlər naziri BMT-nin xüsusi yığıncağında çıxış edəcək


Gürcüstan xarici işlər naziri David Bakradze bu gün Rusiya ilə ölkəsi arasındakı gərginliklər barədə BMT Təhlükəsizlik Şurasının xüsusi yığıncağında müraciətlə çıxış edəcək. Onun həmçinin ABŞ dövlət katibi Kondoliza Raysla görüşü gözlənilir. Rəsmi Tbilisi ötən həftə Rusiya Prezidenti Vladimir Putin hökumətə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə əlaqə yaratması hqda tapşırıq verməsindən sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb. Gürcüstan cənab Putinin addımını regionların “de-fakto ilhaq” kimi qiymətləndirir və bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirir.
XS
SM
MD
LG