Accessibility links

ABŞ kəşfiyyatı Şimali Koreyanın Suriya ilə nüvə əməkdaşlığına dair dəlilləri Konqresə təqdim edir


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Maykl Heyden Şimali Koreyanın Suriya ilə nüvə əməkdaşlığı ilə bağlı hökumətin iddialarına dair dəlilləri qanunvericilərə təqdim edir. Bu gün Nümayəndələr Palatası və Senatda Maykl Heydenlə bərabər digər rəsmilərin iştirakı ilə dinləmələr keçirilir. ABŞ rəsmiləri qanunvericilərin Şimali Koreyanın Suriyanın nüvə obyektindəki fəaliyyətini nümayiş etdirən videoları izləyəcəklərini deyir. Lent yazılarında bu obyektin Şimali Koreyanın Yonbyonq nüvə reaktorunun tamamilə eynisi olduğu da göstəriləcək. Bu obyekt ötən sentyabr ayında İsrailin hərbi təyyarələri tərəfindən dağıdılmışdı. Dünən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Suriya-Şimali Koreya nüvə əməkdaşlığının heç vaxt mövcud olmadığını demişdi.

XS
SM
MD
LG