Belarus ABŞ-dan Minskdəki diplomatlarının sayını 5-ə endirməyi tələb edib. Bu, artıq son ayda ikinci belə addımdır. Aprelin 1-i Belarus Xarici İşlər Nazirliyi Vaşinqtondakı diplomat heyətinin sayını 7-yə endirdiyini və ABŞ-ın da eyni addımı atacağını gözlədiyini bəyan etmişdi. ABŞ Dövlət Departamentinin sözçüsü isə bu tələbin heç nəyə əsaslanmadığını bildirmişdi.
Belarus sözçüsü tələbin ABŞ-ın prezident Aleksandr Lukoşenko hökumətinə qoyduğu sanksiyalarla bağlı olduğunu deyib. Keçən il, rəsmi Vaşinqton Belarusda insan haqları və seçki pozuntularına cavab olaraq, Birləşmiş Ştatlar yuristiksiyasına əsasən Belarusun yanacaq mülkiyyətini dondurmuşdu.