Accessibility links

Serj Sarkisyan soyqırımın tanınması səylərini gücləndirəcəyinə söz verib


Ermənistanın yeni prezidenti Serj Sarkisyan deyib ki, o, Osmanlı imperiyası dövrü ermənilərin ölümünün beynəlxalq aləmdə soyqırım kimi tanınması səylərini gücləndirəcək. O bu vədi bu gün kütləvi qırğınların 93-cü ildönümü münasibətilə keçirilən mərasimdə verib.

Minlərlə insan bu gün Yerevanda hadisə qurbanlarının xatirəsini anıb. Ermənilər Osmanlı imperiyası dövrü 1915-1923-ci illərdə bir milyon yarım erməninin qətlə yetirildiyini idda edirlər.

Türkiyə soyqırım iddialarını qəti şəkildə rədd edir və Ermənilərin həmin illərdə ölənlərin sayını şişirtdiyini deyir. Ankara bildirir ki həmin illərdə çox sayda türk də qətlə yetirilib.

Bəzi ölkələr hadisələri soyqırım kimi tanısa da, Birləşmiş Ştatlar da daxil olmaqla bir çox ölkə onu tanımayıb.

ABŞ Prezidenti Corc Buş və birinci xanım Lora Buş dünya ermənilərinə başsağlığı veriblər. Prezident Buş bu günkü bəyanatında Ermənistan və Türkiyədə faciəvi hadisələrin açıq olaraq araşdırılması, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şəxslər tərəfindən göstərilən fəaliyyətləri dəsdəklədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan da 1992-ci ildə baş verən Xocalı qətliamının beynəlxalq sahədə genosid kimi tanınması üçün fəaliyyət göstərir.

XS
SM
MD
LG