Accessibility links

Gürcüstan prezidenti Qərbdən dəstək almağa çalışacaq


Gürcüstan prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, o, ölkəsindəki iki separatçı regionda rus sülhməramlıların beynəlxalq qüvvələrlə əvəzlənməsi səyləri üçün qərb dövlətlərinin dəstəyini əldə etməyə çalışacaq.

Bu gün televiziya vasitəsilə etdiyi müraciətində cənab Saakaşvili Rusiya qüvvələrinin Abxaziya və Osetiyada mövcudluğunun riskli faktor olduğunu deyib. O, Gürcüstanın beynəlxalq dostlarından ölkənin dəyişiklik səylərini dəstəkləməyi xahiş edəcəyini bildirib.

Dünən Böyük Britaniya, Fransa, Almaniya və ABŞ Rusiyanı iki separatçı regionla əlaqələri yaxşılardırmaq planından imtina etməyə çağırmışdı.

XS
SM
MD
LG