Accessibility links

Rusiya prezidenti referendumlarla bağlı qanun imzalayıb


Rusiya prezidenti Vladimir Putin ümummilli referendumlara məhdudiyyətlər tətbiq edən qanun imzalayıb. Bəzi qanunvericilər bu addımı vətəndaşların mühüm məsələlər üzərində səslərini susdurmağa yönəldiyini deyirlər. Kreml bu gün cənab Putinin büdcə və vergilər kimi məsələlərdə qanuna düzəliş etdiyini xəbər verib. Rusiya parlamenti düzəlişləri ayın əvvəlində qəbul etmişdi.

Parlamentin aşağı palatası - Dumada Kommunist fraksiyası etiraz əlaməti olaraq sessiya zalını tərk edib. Kremlpərəst qanunvericilər deyirlər ki, bu ölçü siyasi məqsədlər üçün istifadə olunacaq referendumların qarşısını alır.

XS
SM
MD
LG