Accessibility links

Bu gün Ümumdünya Malyariya günüdür


Bu gün aprel ayının 25-i BMT tərəfindən ümümdünya malyariya günü elan edilib. Xəstəliyin kökünün kəsilməsi səylərini artıran təşkilat bəzi nailiyyətlərin qeydə alındığını bildirir.

Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, dünyada bu xəstəlik səsəbi ilə hər il bir milyon insan vəfat edir. Hər 30 saniyədə beş yaşından aşağı bir uşağın həyatı təhlükə altına alınır. Malyariya yoxsulluq xəstəliyi olaraq qalır. BMT-nin uşaq fondunun bildirdiyinə görə, dünya bankı və digər təşkilatlar bu xəstəliklə mübarizədə bəzi nailiyyətlər əldə ediblər. Bu həftə BMT-nin Nyu-Yorkdakı baş qərargahında özəl qruplar və beynəxalq təşkilatların təşəbbüsü ilə malyariyanın nəzarət altına alınmasına dair diskussiyalar keçirilib.
Dünya bankının malyariya üzrə mütəxəssisi Con Pol Klarkın dediyinə görə, bu xəstəlik müalicəyə tabe olduğu kimi qarşısı alınandır: “Malyariyanın bir fəlakət olduğunu başa salmaq çətin bir mübarizədir.” Klarkın dediyinə görə, siyasi liderlər nəhayət ölüm halları, xəstələrin yüksək göstəriciləri və onun iqtisadi təsirlərinin aradan qalrılmasının mümkünlüyünə inandırılıblar. İndi xəstəliklə mübarizə resursları üç qat artırılıb. Bu il 110 milyon ağcaqanaddan qorunma tənzifləri xəstiliyin yayılmasının qarşısını 20 faiz alıb. BMT fondunun prezidenti Tim Virs proqram barədə məlumat verir: “Proqramın adı qoruyucu tənziflərdən başqa heç nə adlandırılır. Tənfiz alıb, həyatınızı xials edin".

ABŞ-da dini qruplar, hətta Milli Basketbol Assosiasiyası da bu səylərə qoşulub. Digərləri fondların artırılması təşəbbüslərində iştirak edir. Hazırda BMT malyariya səbəbi ilə ölüm hallarının 2010-cu ilədək 50 faiz azaldılmasını qarşıya məqsəd qoyub.

XS
SM
MD
LG