Accessibility links

ABŞ İranın İraqdakı yaraqlılara yardımı artırmasından narahatdır


ABŞ-ın yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, o, İranın İraqda və ümumiyyətlə bütün regionda yaraqlılara yardımı artırmasından narahatdır. Bu yardımlara təlimlər və silah təchizatı da daxildir.

Baş hərbi qərargah rəisi, admiral Mike Mallen Pentaqonda jurnalistlərə deyib ki, ABŞ kəşfiyyatı İraqda Amerika və koalisiya qüvvələrinə qarşı döyüşən yaraqlıların yardımlarının artdığını göstərir. O, həmçinin eyni sözləri Əfqanıstandakı Taliban döyüşçülərinə də şamil edib.

İran İraqdakı yaraqlılara yardım iddialarını rədd edir. Ancaq admiral Mallen deyib ki, son faktlar silahların İrana məxsus olmasını aydın göstərir. Mallen əlavə edib ki, ABŞ İranın İraqda və digər ərazilərdə fəaliyyətlərini dəyişməsi üçün diplomatik və iqtisadi səylərini davam etdirəcək.

XS
SM
MD
LG