Accessibility links

Dalay Lama Çinin təklifini alqışlayıb


" hspace=2 src="/azerbaijani/images/ap_tibet_dalai_lama_26apr08_eng_175.jpg" width=190 align=left vspace=2 border=0>Tibetin ruhani lideri Dalay Lama Çinin danışıqlar keçirilməsi təklifi alqışlayıb. Sürgündə yaşayan buddist lider Dehlidə Çinin son bəyanatına dair sualları cavablandırarkən deyib ki, müzakirələr Tibet problemləri ilə bağlı olacaq. Bu danışıqlar keçən ay Tibetdə zorakı nümayişlərdən sonra ilk görüş olacaq. Dünən Çin rəsmilərinin Dalay Lamanın nümayəndəsi ilə görüşməyə hazır olduğunu bəyan etmişdi. ABŞ və Avropa liderləri də Çinin bu təklifini alqışlayıblar. Çin hökuməti müzakirələrin təfərrüatına dair məlumat verməyib.

XS
SM
MD
LG