Accessibility links

Yaponiyanın baş naziri Moskvadadır


Yaponiyanın baş naziri Yasuo Fukuda Rusiya liderləri ilə danışıqlar məqsədi ilə Moskvadadır. Onun prezident Vladimir Putin və yenicə prezident seçilmiş Dmitri Medvedevlə müzakirələr keçirdiyi xəbər verilir. Liderlərin bir sıra məsələrlə yanaşı, Yaponiyanın 4 adası ilə bağlı mübahisəni də müzakirə edəcəyi gözlənilir. Yaponiyanın Kyodo xəbər agentliyinin məlumatında deyilir ki, Tokionu tərk etməzdən əvvəl baş nazir Fukuda müxbirlərə Rusiya liderləri ilə şəxsi münasibətlərin qurulması səfəri zamanı üstünlük verəcəyi məsələ olacağını demişdi. Adalarla bağlı hər hansısa nailiyyət əldə ediləcəyi gözlənilmir. Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra adalarla bağlı mübahisəyə görə rəsmi sülh razılığı əldə edə bilməyiblər.

XS
SM
MD
LG