Accessibility links

BMT İraqda uşaqların vəziyyətinə dair narahatlığını bildirir


BMT rəsmiləri bildirirlər ki, İraq yaraqlıları uşaqları oğurlayır, öldürür və ya intihar hücumları həyata keçirməyə məcbur edir. BMT-nin uşaq və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinin bildirdiyinə görə, İraqda ibtidai məktəb şagirdləri yaşlarında olan uşaqların 50 faizi təhsil almır. Yaraqlı qruplar tərəfindən məcburi əməyə vadar edilən uşaqların sayı artır. Bu arada ABŞ ordusu Bağdadın cənub bölgəsində baş verən partlayış səbəbi ilə neft boru kəmərinin alovlandığını bildirirlər. İraq polisi yanğına bomba partlayışının səbəb olduğunu deyir. 8 adamın xəsarət aldığı xəbər verilir.

XS
SM
MD
LG