Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya ilə İsrail arasında mümkün sülh danışıqlarına vasitəçilik səyləri ilə Dəməşqdədir. Cənab Ərdoğan Suriya prezidenti Bəşar əl-Əssədla görüşüb. Türkiyə baş naziri Suriyaya getməmişdən öncə jurnalistlərə deyib ki, iki ölkə arasında sülh danışıqları istiqamətində Türkiyə müsbət addımlar ata bilər. Cənab Əssəd bu həftənin əvvəlində demişdi ki, İsrail baş naziri Ehud Olmert sülhün bərpası müqabilində Qolan təpəliklərinin Dəməşqə qaytarılmasını təklif edib. Suriya prezidentinin sözlərinə görə, Türkiyə cənab Olmertin təklifini ona çatdırıb.