Ukrayna rəsmilərinin bildirdiyinə görə, bu gün Ukrayna vertolyotunun qazma platformasına dəyib Qara dənizə düşməsi nəticəsində 19 nəfər həlak olub. Dövlət enerji şirkəti Nefteqaza məxsus olan bu vertolyotun sərnişinlərinin əksəsriyyəti şirkətin işçiləri olub. Qəzadan yalnız bir nəfər xilas ola bilib.
Keçən ay da Ukrayna keşik vertolyotunun Qara dənizə düşməsi ilə 12 adam həlak olmuşdu.